EN

Zurabişvili seçki saxtakarlığı ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir


Gürcüstan Prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsinə (MK) iddia qaldıracağını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, brifinqdə deyib.
“Sabah səhər mən Konstitusiya Məhkəməsinə səsvermənin gizliliyi və ümumiliyi ilə bağlı bu iki konstitusiya prinsipinin pozulması ilə bağlı iddia qaldıracağam.”, - Zurabişvili deyib.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası 53,93% səs toplayıb, qalib gəlib və fərdi qaydada hökumət qurmaq hüququ əldə edib. Dörd müxalifət partiyası beş faizlik baryeri keçib.
Chosen
44
18
yeniavaz.com

10Sources