EN

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təqdim etdiyi sərgiyə baxış keçirilib

Bakıda keçirilən COP29 çərçivəsində “İnklüzivlik Günü” ilə bağlı ilk tədbir olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən təqdim olunan sərgiyə baxış olub.

Bu barədə "Operativ Media"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Lütfihak Alpkan Mərkəzin və “DOST Evi” filialının benefisiarları və təlimçilərinin ümumilikdə 50-dən çox əl işi ilə tanış olublar.

“DanceAbility” Azərbaycan Sosial Müəssisəsinin “Nə Qədər Kifayətdir?” inklüziv performansının da təqdimatı olub.

Müyəssərliyi təmin etmək məqsədilə keçirilən bu unikal performans altyazı və audio təsvirlə təqdim edilib. Qeyd edək ki, performansda çıxış edən əlilliyi olan və olmayan şəxslər tərəfindən keçirilən panel müzakirələrində isə işarət dili tərcüməsi təmin olunmuşdu.

Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyi tərəfindən COP29 tədbirinə inklüziv töhfə olaraq və hər kəsi inklüziv idman vasitəsilə bir araya gətirmək üçün əl velosipedlərinin təqdim edildiyi bölməyə də baxış olub.

İctimai Birliyin sədri Amid Həsənquliyev məlumat verərək “Əl Velosipedi Hər Kəs Üçün” şüarına əsaslanan bu tədbirin inklüziv cəmiyyətin qurulmasına dəstək məqsədi daşıdığını vurğulayıb.

Chosen
7
4
operativmedia.az

5Sources