EN

Türkiyənin G20 ölkələrinə ixracında artım qeydə alındı

Türkiyənin G20 ölkələrinə ixracı 2019-2023-cü illərdə 37 faizə yaxın artaraq 100 milyard dollara yaxınlaşıb. SİA-nın əldə etdiyi məlumata görə, G20 dünyanın ümumi daxili məhsulunun təxminən 85 faizini və qlobal ticarətin 75 faizini təşkil edir.

Türkiyə 2019-cu ildə G20 üzvü olan 18 ölkəyə 71 milyard 197 milyon dollar dəyərində məhsul ixrac edib.

Türkiyənin bu ölkələrə ixracatı "Covid-19" epidemiyasının intensiv olduğu 2020-ci ildə 68 milyard 789 milyon dollara enərkən, 2021-ci ildə 86 milyard 780 milyon dollara çatıb.

Türkiyə bu ölkələrə 2022-ci ildə 97 milyard 322 milyon dollar, keçən il isə 97 milyard 249 milyon dollarlıq məhsul satıb. Beləliklə, Türkiyənin bu ölkələrə ixracı 2019-2023-cü illərdə təxminən 37 faiz artaraq 100 milyard dollara yaxınlaşıb.

Bu ilin 9 ayında isə Türkiyə 18 ölkəyə 73 milyard 889 milyon dollarlıq məhsul ixrac edib.

2019-2023-cü illərdə Türkiyənin ən çox ixrac etdiyi ölkələr Almaniya, ABŞ və Böyük Britaniya olub.

Chosen
14
3
sesqazeti.az

4Sources