EN

Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır

Ermənistanın enerji asılılığından qurtulması və “yaşıl enerjiyə” keçidi mövzusu yenidən gündəmə gəlib.

Musavat.com bildirir ki, ekspert Boris Marçinkeviç SputnikLive proqramında bildirib ki, Ermənistanın Rusiyadan enerji asılılığını azaltması üçün ciddi çətinliklər var. Bu da ölkəni iqtisadi və sosial baxımdan ağır nəticələrlə üzləşdirə bilər.

Hazırda Ermənistan enerji təchizatını əsasən iki ölkədən – Rusiya və İrandan alır. Bu iki ölkədən asılılıqdan qurtulmaq üçün müxtəlif yollar təklif edilir, lakin onların hər biri ciddi problemlərlə müşayiət olunur.

Ekspertin fikrincə ən uyğun çıxış yolu Azərbaycan qazının alışına başlamaqdır. Sitat: "Ermənistanın Rusiya qazından imtina edərək Azərbaycan qazını idxal etməsi mümkün ola bilər".

Boris Marçinkeviç bu məqamda real vəziyyəti və münasibətləri belə xarakterizə edir: "Lakin tərəflər arasında siyasi münasibətlər hələ də kəskin olaraq qalır və bu sahədə razılıq əldə etmək çətindir".

Ekspert daha bir aspektdən Ermənistan üçün böhrandan çıxış yolunun Azərbaycanla münasibətləri normallaşdırmaq olduğunu, normal məntiqin və ağılın bunu diqtə etdiyini göstərir. Lakin Ermənistan cəmiyyəti və rəhbərliyi "normal" ifadəsinə uyğun gələn ağıl və məntiq daşımadıqları üçün hələ də siyasi münasibətlərin yaxşılaşması, sülh müqaviləsi imzalanması istiqamətində qəti addım ata bilmirlər.

Ekspert daha sonra digər variantlar üzərində də gəzişmələr edir. Lakin digər heç bir variant, heç bir təklif Ermənistanı Rusiyanın asılılığından qurtara bilmir.

Məsələn, Boris Marçinkeviç təklif edir ki, kiçik HES-lərin qurulması da çıxış yoludur.

Sitat: "Ermənistanın dağ çayları üzərində kiçik hidroelektrik stansiyalar qurmaq fikri var. Bu layihələrdə Macarıstanın Ganz EEM şirkəti yardımçı ola bilər, lakin bu şirkət tamamilə Rusiyanın Rosatom şirkətinə məxsusdur. Üstəlik, bu cür layihələr geniş elmi tədqiqatlar və böyük zaman tələb edir".

Ekspert deyir ki, Ermənistanın enerji siyasətində böyük dəyişikliklər etmək üçün ABŞ-ın məsləhətlərinə uyğun hərəkət etməsi ciddi çətinliklər və iqtisadi risklər doğurur. Həm texniki imkanların məhdudluğu, həm də geosiyasi çətinliklər bu keçidin yaxın gələcəkdə reallaşdırılmasını çətinləşdirir.

Tək çarə qalır: Azərbaycanla münasibətləri normallaşdırıb, dalan dövlət statusundan və Rusiyanın enerji əsarətindən çıxmaq.

 

Musavat.com

Chosen
38
1
musavat.com

2Sources