EN

Musialanın maaşını müzakirə edən Matteus Messini xatırlatdı

Keçmiş alman futbolçu Lotar Matteus Camal Musiala ilə müqavilənin uzadılması şərtlərini şərh edib. 

Fanat.Az xəbər verir ki, "Bayern & Germany" Matteusun dediklərini belə çatdırıb:

"Messi üçün heç bir hədd nəzərdə tutulmadığı kimi, Musiala məsələsində də heç bir məhdudiyyət olmamalıdır. O, təkcə idman məqsədləri üçün deyil, həm də “Bayern” futbol klubunun siması kimi lazımdır, xüsusən də əvvəlki aparıcı fiqurların tezliklə gedişini nəzərə alsaq. Noyer və Levandovski ildə 25 milyon avro maaş alırdılarsa, deməli, Musiala da bu kateqoriyalı oyunçulara aid edilməlidir”.

"Bayern" 21 yaşlı ulduzla yeni anlaşmaya yaxındır. Yeni razılaşmaya əsasən, hücummeyilli yarımmüdafiəçi Münhen nəhənginin ən çox maaş alan futbolçularından birinə çevriləcək. 

Mirağa

Chosen
8
fanat.az

1Sources