EN

Qəbələdə sərnişinin ölümündə günahlandırılan sürücü məhkəmə zalından həbs edildi

Şəki Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Rafael Əzizovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd: Hadisə bu il yanvarın əvvəlində Qəbələ-Ağdaş avtomobil yolunun Qəbələ rayonunun Əmili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Rafael Əzizovun “Mercedes” markalı avtomobilə idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılaraq yanıb.

 

Hadisə nəticəsində sürücü və sərnişini Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin, 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev aldığı xədarətlərdən hadisə yerində ölüb.

 

Qəbələ rayon Məhkəməsinin hökmü ilə o, 5 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunub və Rafael Əzizov məhkəmə zalından dərhal həbsə alınıb.

 

Kamal Məmmədov

Tarix: 19 Noyabr 2024, 09:01   
Chosen
20
pravda.az

1Sources