İşğal dövründə Qarabağda olan bir şəxsin Azərbaycana buraxılması nə qədər doğru idi?..
Samir Hümbətov: “Frenk Palloni yalnız və yalnız anti-Azərbaycan mövqeli, anti-türk ruhlu və erməni sevdalı bir şəxs olması ilə kifayətlənmir. O istənilən halda Azərbaycana qarşı ən sərt sanksiyaların tətbiq edilməsində, Azərbaycana qarşı ən sərt mövqeyin nümayiş etdirilməsində də bu şəxsin adını eşidirik”.
“Düşünürəm ki, bu gün Frenk Palloniyə qarşı olan bu yanaşma tam qanuna uyğundur. Vətəndaş cəmiyyətinin buna mövqeyi belə olmalı idi. Hələ bəlkə daha sərt olmalı idi”.
Bu sözləri politoloq Samir Hümbətov Ermənipərəst konqresmen Frenk Palloninin Bakı səfərini Poliqon-a şərh edərkən qeyd edib.
Xəbər verdiyimiz kimi, Ermənipərəst konqresmen Frenk Pallone COP29 tədbirinə görə Bakıya gəlib. Məlumdur ki, Frenk Palloni Azərbaycan həqiqətlərini 25 il əvvəl yerindəcə dinləmək imkanı qazanıb. Ancaq bu onun ermənipərəst mövqeyinə təsir etməyib, o, əvvəlki tək Azərbaycanı ittiham edib, hətta işğal dövründə Qarabağda olub.
İşğal dövründə Qarabağda olan bir şəxsin Azərbaycana buraxılması nə qədər doğru idi? və Bakıda Pallone ilə yaşananlardan sonra bu səfəri tam olaraq necə dəyərləndirmək olar?
Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.
Samir Hümbətov: “Frenk Palloni erməni lobbisinin təsiri altındadır”.
İkinci Qarabağ müharibəsində Azərbaycan öz ərazilərini işğaldan azan edəndə, bizim Frenk Palloninin Azərbaycana qarşı haqsız mövqeyini və erməni sevdalı çıxışlarının, bəyanatlarının şahidi olduğumuzu xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu baxımdan Bakıda ona qarşı sərgilənən mövqe haqlı idi:
“Frenk Palloniyə qarşı Azərbaycanda olunan etirazların haqlı səbəbləri çoxdur. Biz onun ilk konqresmen olduğu dövrdən bu günə qədər olan hərəkətlərini, addımlarını, davranışlarını görmüşük. Frenk Palloni yalnız və yalnız anti-Azərbaycan mövqeli, anti-türk ruhlu və erməni sevdalı bir şəxs olması ilə kifayətlənmir. O istənilən halda Azərbaycana qarşı ən sərt sanksiyaların tətbiq edilməsində, Azərbaycana qarşı ən sərt mövqeyin nümayiş etdirilməsində də bu şəxsin adını eşidirik.
Artıq uzun illərdir, o konqresmen olaraq fəaliyyət göstərdiyi dövrlərdə Azərbaycana qarşı ən sərt mövqe nümayiş etdirib. Hətta, Qarabağın Ermənistan tərəfindən işğalını belə az qala legitim hal kimi qəbul etdirməyə çalışır. Bu da təbiidir, çünki o erməni lobbisinin təsiri altındadır.
Samir Hümbətov: “ABŞ-da artıq lobbiçilik fəaliyyəti bir biznesə çevrilib, siyasi rüşvət halını alıb”.
Düşünürəm ki, bu gün Frenk Palloniyə qarşı olan bu yanaşma tam qanuna uyğundur. Vətəndaş cəmiyyətinin buna mövqeyi belə olmalı idi. Hələ bəlkə daha sərt olmalı idi. Çünki ABŞ-da artıq lobbiçilik fəaliyyəti bir biznesə çevrilib, siyasi rüşvət halını alıb. Artıq onlarda kimin haqlı olmasından asılı olmayaraq kim daha çox pulludur mövqeyindən məsələyə yanaşırlar. Bu mövqedən yanaşdıqları üçün də düşünürəm ki, Azərbaycana qarşı zaman-zaman sərt mövqedən danışırlar.
İkinci Qarabağ müharibəsində Azərbaycan öz ərazilərini işğaldan azan edəndə, biz Frenk Palloninin Azərbaycana qarşı haqsız mövqeyini və erməni sevdalı çıxışlarının, bəyanatlarının şahidi olduq. Bu baxımdan düşünürəm ki, Bakıda ona qarşı sərgilənən mövqe haqlı olaraq sərgiləndi. Hər kəs öz həddini və yerini bilməlidir”.
Nərminə UMUDLU
Poliqon.info