Dünyaca məşhur yapon şair Şuntaro Tanikava 92 yaşında vəfat edib.
APA xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun oğlu məlumat yayıb.
Bildirilib ki, Ş.Tanikava bir neçə müddətdir Tokio xəstəxanasında müalicə alırmış.
Qeyd edək ki, Tanikava 1931-ci ildə doğulub. 1952-ci ildə qələmə aldığı debüt əsəri qısa müddətdə bestseller olub. Dəfələrlə “Nobel” mükafatına namizəd göstərilib.