EN

"Baku Harmoniya" təşəbbüsü üç əsas boşluğu aradan qaldırır - Nazir müavini

Bakı. Trend:

"Baku Harmoniya" təşəbbüsü üç əsas boşluğu aradan qaldırır.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlhaməQədimova COP29 çərçivəsində keçirilən "Fermerlər üçün BakuHarmoniya iqlim təşəbbüsünün təqdimatı: İqlim dəyişikliyinə qarşıdayanıqlığın artırılması üçün fermerlərin imkanlarınıngenişləndirilməsi" mövzusunda tədbirdə çıxışı zamanı bildirib.

"Azərbaycanda biz artıq harmoniya prinsiplərini həyatakeçiririk. Elektron platformalar və rəqəmsallaşma fermerlərin realvaxt rejimində məlumatlara və resurslara çıxışını inqilabi şəkildədəyişir. Davam edən modernizasiya ilə biz bölgələrimizindayanıqlılığını təmin etmək üçün suyun istifadəsinioptimallaşdırırıq. Biz fermerlərə problem həll edən şəxslər kimisərmayə qoyaraq, onlara təlim, alətlər və iqlimə dayanıqlıtəcrübələrin tətbiqi üçün maliyyə stimulları təqdim edirik. Amma ənönəmlisi, biz inklüziv inkişafa sadiqik. Qadınların və gənclərinkənd təsərrüfatında rolunun genişləndirilməsindən tutmuş kəndicmalarının dəstəyinə qədər, əsl irəliləyişin heç kəsi kənardaqoymayan irəliləyiş olduğunu anlayırıq", - deyə İlhamə Qədimovabildirib.

Onun sözlərinə görə, "Baku Harmoniya" təşəbbüsü 3 əsas boşluğuaradan qaldırır:

1. Bilik mübadiləsi: Fermerlər çox vaxt ən yaxşı təcrübələrə vəinnovasiyalara çıxışda çətinlik çəkirlər. "Baku Harmoniya"platforması bilik mübadiləsinin mərkəzi olacaq və qlobal dərsləriyerli səviyyədə tətbiq olunmağa uyğunlaşdıracaq.

2. Maliyyə koordinasiyası: Mövcud maliyyə resurslarınabaxmayaraq, bu resurslar çox vaxt parçalanmış olur. COP29-un FASTtəşəbbüsü ilə əməkdaşlıq çərçivəsində əlavə resurslar və iqlimfondları axtarılır ki, bu da fermerlərə və kənd icmalarına yenirəqəmsal texnologiyalara çıxışı sürətləndirməyə imkan verəcək."Baku Harmoniya" təşəbbüsü FAST tərəfdaşlıq planına birbaşa töhfəverərək, mütəmadi təcrübə mübadiləsi və etimadın gücləndirilməsiüçün platforma olacaq.

3. Birgə fəaliyyətlər: Parçalanmış səylər əvəzinə, "BakuHarmoniya" sektoral və regional sərhədləri aşan əməkdaşlıqlarıtəşviq edərək, ərzaq təhlükəsizliyi, su ehtiyatlarının qorunması vəiqlim tədbirlərində irəliləyişi sürətləndirir.

İlhamə Qədimova vurğulayıb ki, bu təşəbbüs iqlim dayanıqlığınıgücləndirmək üçün genişmiqyaslı və koordinasiyalı addımlarınvacibliyini bir daha göstərir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
17
az.trend.az

1Sources