EN

Türkiyə prezidenti G20 liderlərinin ailə fotosessiyasında iştirak edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rio-de-Janeyroda keçirilən G20 liderlərinin sammitində ailə fotosessiyasında iştirak edib. Məlumatı “Anadolu” verib. 

MİKTA liderlərinin görüşündən sonra Ərdoğan G20 Liderlər Zirvə toplantısında ailə fotosessiyasına qatılıb.

Fotoşəkildə Prezident Ərdoğan Hindistanın baş naziri Narendra Modi və Vyetnamın baş naziri Pham Minh Trinhlə yan-yana dayanıb.

Fotosessiya zamanı Ərdoğan Misir prezidenti Əbdülfəttah əs-Sisi, Fransa prezidenti Emmanuel Makron, Hindistanın baş naziri Narendra Modi və Vyetnam baş naziri Fam Min Trinhlə danışıb.

Fotosessiya zamanı liderlər bir-birinin əllərindən tutaraq prosesi alqışlarla bitiriblər.

 

P.ƏMİRCANOV

XQ

 

 

Chosen
10
xalqqazeti.az

1Sources