EN

Ərdoğan G20-ni Qəzzada dərhal atəşkəsə çağırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İyirmilik (G20) ölkələrini Qəzza zolağında dərhal atəşkəsin təmin edilməsi üçün səylərini artırmağa çağırıb.

 

Senzor.az bildirir ki, Ərdoğan bu barədə ötən gecə G20 sammitində yoxsulluq və aclıqla mübarizəyə həsr olunmuş iclasda danışıb.

 

Prezident qeyd edib ki, Qəzza zolağında aclıq riski beynəlxalq standartlara görə fəlakətli həddə çatıb: "Qəzza əhalisinin 96%-nin, yəni 2 milyondan çox insanın sağlam qida və suya çıxışı yoxdur."

 

Ərdoğan, həmçinin, Türkiyənin Qəzza zolağına 86 min tondan çox, Livana isə 1300 tondan çox humanitar yardım göndərdiyini bildirib.

 

O, Qəzza zolağında baş verən humanitar fəlakət qarşısında bir daha dərhal və daimi atəşkəsə çağırıb.

Chosen
18
2
senzor.az

3Sources