EN

Azərbaycanın bizim üçün önəmli bir yeri var - İranlı general

İran və Azərbaycanın yüksək rütbəli hərbi rəsmiləri qonşu ölkələr arasında davam edən hərbi və müdafiə əməkdaşlığını müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, briqada generalı Məhəmmədrza Aştiani və Azərbaycan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor Fərid Əliyev noyabrın 18-də Tehranda keçirilən ölkələrarası Birgə Hərbi və Müdafiə Əməkdaşlığı Komissiyasının dördüncü iclası zamanı görüşüb.

Aştiani xalqlar arasında dərin əlaqələrin mövcudluğunun ölkələr arasında ikitərəfli əməkdaşlığın səviyyəsinin yüksəlməsinə töhfə verdiyini vurğulayıb. O, Azərbaycanın İranın müdafiə və xarici siyasətində əhəmiyyətli və təsirli mövqeyə malik bir ölkə olduğunu deyib. Həmçinin Azərbaycanın regionda mühüm rol oynadığını xatırladıb.

Fərid Əliyev də öz növbəsində iki xalq və ölkə arasında yaxşı əlaqələrin olduğunu bildirib. O, ölkələri regionda sülh və sabitliyin bərqərar olması istiqamətində birgə səyləri davam etdirməyə çağırıb.


Müəllif: Qənirə Süleymanova
Chosen
12
teleqraf.com

1Sources