EN

Avropa İttifaqının müşahidəçiləri Ermənistandan çıxarıla bilər

Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidə aparan missiyasının müddəti başa çatandan sonra, onun uzadılıb-uzadılmayacağı hələ məlum deyil.

Bakupost.az xəbər verir ki, Avropa İttifaqının səfiri Vasilis Maraqos “Azadlıq” radiosunun sualını cavablandırarkən bildirib ki, hələlik bununla bağlı yekun qərar yoxdur.

O, rəsmi İrəvanın missiyanın müddətinin uzadılması ilə bağlı ərizə verib-vermədiyini də dəqiqləşdirməyib.

“Missiya müddətinin uzadılması ilə bağlı qərar hələ verilməyib, lakin biz bu məsələnin üzərində işləyirik”, - deyə Aİ-nin Ermənistandakı səfiri bildirib.

Xatırladaq ki, vaxtaşırı Azərbaycanla sərhəddə təxribat cəhdlərinə əl atan Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasına 200-dən çox mülki şəxs daxildir.
Chosen
12
5
bakupost.az

6Sources