EN

QHT sədri gənclərin iqlim fəaliyyətindəki rolundan danışdı

"Dünya gənclərinin birləşməsi ən vacib məsələdir".

Bu fikri QHT.az-a özəl açıqlamasında "Vətəndaşların Sosial Rifahı Naminə" İB-nin sədri İradə Rizazadə bildirib. Onun sözlərinə görə, COP29 çərçivəsində Azərbaycanda keçirilən tədbirlər çərçivəsində gənclərin iqlim fəaliyyətindəki rolu əsas müzakirə mövzularından biri olub. İctimai Birliyinin sədri bildirib ki, gənclərin bu sahədə ön sırada iştirak etməsi qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır: 

"Gənclərin nə qədər iqlim fəaliyyətində ön cəbhədə olmasına diqqət yetirilir. Birinci xanım Mehriban Əliyeva da bu məsələlərlə bağlı yaxşı çıxış edib. Dünya gənclərinin birləşməsi və iqlim dəyişikliyi ilə birgə fəaliyyəti ən vacib məsələdir".

QHT sədri həmçinin Azərbaycanın ev sahibliyi etdiyi COP29-un uğurlu nəticələrə gətirib çıxaracağına ümid etdiyini vurğulayıb:

"İnşallah, Azərbaycanda keçirilən bu COP29 gözəl nəticələrə səbəb olar və qəbul edilən qərarların həyata keçirilməsinə nail olarıq".

 

Pərvanə Fərhadqızı

Chosen
21
50
qht.az

10Sources