EN

Norveç şahzadəsinin oğlu təcavüz ittihamı ilə həbs edilib

Norveç şahzadəsi Mette-Maritin ilk evliliyindən olan oğlu, 27 yaşlı Marius Borq Höibi zorlama ittihamı ilə həbs edilib.

OLAY yazır ki, bu barədə Norveç polisinin mətbuat xidməti məlumat yayıb.

O, huşunu itirmiş qıza təcavüz etməkdə ittiham olunur.

Noyabrın 6-da ölkənin hüquq-mühafizə orqanları rəsmi olaraq araşdırmaya başlayıb. 

Marius ilk dəfə avqustda saxlanılıb - onu zorlamada ittiham edən bir qızla maşında olub: onunla ünsiyyət qurmaq qadağan edilib.

Polisin məlumatına görə, Hoibinin qanında narkotik maddələrin izləri aşkar edilib. Marius hazırda Norveç paytaxtında həbsdədir.

Məlumata görə, qurbanın Mariusun sevgilisi olduğu iddia edilsə də, vəkili bunu inkar edir. Qurbanın 20 yaşı var. Kral ailəsi hələlik bu hekayəyə münasibət bildirməyib.

Marius ilk əri Maqnus Borqdan Mette-Marit Tjessem Hoibinin oğludur. Mette-Marit indi Norveçin vəliəhd şahzadəsi Haakon ilə evlidir.

Marius kral ailəsinə bağlı olan yeganə şəxs deyil ki, zorlamada ittiham olunur. Belə ki, oxşar ittihamlar Kraliça Elizabetin oğlu Şahzadə Endryuya qarşı irəli sürülüb. Endryu azyaşlıya təcavüz etməkdə ittiham olunurdu: Virciniya Jiuffre adlı qadın 17 yaşında olarkən onunla cinsi əlaqəyə girdiyini söyləyib. Jiuffre bildirib ki, məhkum edilmiş seks alverçisi Jeffrey Epstein onu nüfuzlu insanlara, eləcə də biznes tərəfdaşlarına və dostlarına seks üçün icarəyə verib, onlardan biri Şahzadə Endryu idi. Kraliça II Elizabetin ortancıl oğlu daha əvvəl Jiuffreyə 12 milyon funt sterlinq ödəyərək məsələni məhkəməsiz həll edə bilmişdi.

Chosen
8
1
olay.az

5Sources