EN

Rumıniya COP29-da iqlim dəyişikliyinə uyğunlaşma strategiyasını təqdim edib

Bakı. Trend:

Rumıniya iqlim dəyişikliyi ilə mübarizə üçün zəruri tədbirlərinhəyata keçirilməsinə sadiqdir.

Trend xəbər verir ki, bunuRumıniyanın ətraf mühit, su ehtiyatları və meşələr naziri MirçaFeşet COP29 sammitində milli bəyanatla çıxışı zamanı bildirib.

"Rumıniya, Avropa İttifaqının bütün üzv ölkələri ilə birlikdə,istər istixana qazı emissiyalarının azaldılması, istərsə də onunmənfi təsirlərinə uyğunlaşma baxımından iqlim dəyişikliyi iləmübarizə üçün zəruri tədbirlərin həyata keçirilməsinə tamsadiqdir", - deyə o vurğulayıb.

Nazir Rumıniyanın uzunmüddətli iqlim neytrallığına nail olmaqstrategiyası və 2030-cu il üçün Aİ-nin milli hədəflərinə uyğunolaraq neytrallıq yolunu təmin edən sektoral tədbirləri əhatə edənMilli Enerji və İqlim Planı haqqında məlumat verib.

M.Feşet həmçinin, Rumıniyanın yeni milli iqlim dəyişikliyinəuyğunlaşma strategiyasının qəbul edildiyini bildirib.

"Bu yay biz 13 iqtisadi və sosial sektor üçün konkret tədbirləriəhatə edən fəaliyyət planı ilə birlikdə yeni uyğunlaşmastrategiyasını təsdiqlədik", - o qeyd edib.

Nazir ölkənin üzləşdiyi çağırışları, o cümlədən maliyyəçətinliklərini qəbul edən nazir beynəlxalq əməkdaşlığın vacibliyinivurğulayıb.

"COP29-da NCQG ilə bağlı danışıqlar çətin keçir və mövcud qlobalgərginliyi əks etdirir, lakin bu, həmçinin, Paris Sazişihədəflərinə nail olmaq üçün kifayət qədər resursların səfərbəredilməsinə imkan yaradan beynəlxalq əməkdaşlıq üçün fürsətlərtəqdim edir", - M.Feşet deyib.

Nazir iqlim hədəflərinə nail olmaq üçün bütün sektorlarıniştirakının vacibliyini qeyd edərək bildirib ki, bütün maraqlıtərəflərin iştirakı iqlim hədəflərimizin həyata keçirilməsi üçünhəlledici əhəmiyyətə malikdir.

O, Rumıniyanın enerji, nəqliyyat və sənayenin dekarbonizasiyasısahələrində özəl sektorla tərəfdaşlığın inkişafına xüsusi diqqətyetirdiyini vurğulayıb.

"Hazırda Rumıniyada enerji, nəqliyyat və sənayenindekarbonizasiyası sahələrində özəl sektorla tərəfdaşlıqlara böyükəhəmiyyət veririk", - deyə M.Feşet çıxışını yekunlaşdırıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
18
2
az.trend.az

3Sources