EN

"2050-ci ilə qədər bərk məişət tullantıları 85 % artacaq"

"EDnews" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen COP29 çərçisində keçirilən "İqlim fəaliyyəti üçün üzvi tullantılardan metan qazının azaldılması" mövzusunda tədbirdə deyib.

O bildirib ki, 2030-cu ilə qədər emissiyaların 30 % azaldılması planlaşdırılır və bu azalmaya indi başlamaq lazımdır: "Tullantıları “sərvətə” çevirməklə bu məqsədə nail ola bilərik. 2050-ci ilə qədər emissiyaların 55 % azaldılması lazımdır, lakin hazırda tullantıların miqdarı artmaqda davam edir. Buna səbəb israfçı cəmiyyətlər, rifah adlanan səviyyə və kənd təsərrüfatı məhsullarından istehlakçıya qədər zəncirdə itkilərlə bağlıdır. Biz tarladan süfrəyə, hətta süfrədən zibil qutusuna gedən itkiləri azaltmalıyıq. Təəccüblüdür ki, satın alınan bir çox qida birbaşa soyuducudan zibil qutusuna gedir. Bu vəziyyət tərsinə çevrilməlidir. Buna görə də bugünkü bəyannamə mühümdür, çünki bu, üzvi tullantılardan metanın azaldılmasına diqqəti artırır".

Chosen
6
2
ednews.net

3Sources