EN

TDT ərzaq təhlükəsizliyi üzrə çoxtərəfli saziş üzərində işləyir - Baş katibin müavini

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı (TDT) ərzaq təhlükəsizliyi üzrəçoxtərəfli saziş hazırlığı üzərində işləyir.

Trend xəbər verir ki, bunuTDT-nin Baş katibinin müavini Sədi Cəfərov COP29 çərçivəsindəkeçirilən "Qlobal məqsədlərdən yerli səviyyədə fəaliyyətə:Dayanıqlı aqrar-ərzaq sistemlərinin gücləndirilməsi üzrə regionaltəşəbbüslər" mövzusunda tədbirdə bildirib.

"Ərzaq təhlükəsizliyinin təmin edilməsi Türk DövlətləriTəşkilatına üzv olan hər bir ölkə üçün prioritet vəzifədir. Buçərçivədə biz hazırda Türk Dövlətləri Təşkilatı daxilində ərzaqtəhlükəsizliyi üzrə çoxtərəfli saziş üzərində işləyirik.

Bu sazişin məqsədi qidalanmaya çıxış, yoxsulluğun azaldılması vəərzaq qiymətlərinin sabitləşdirilməsi kimi ərzaq təhlükəsizliyisahəsində ümumi problemlərin həllidir", - deyə o vurğulayıb.

Sadi Cəfərov iqlim dəyişikliyinə dayanıqlı kəndlər mövzusundaTDT Forumunun başlanmasına verdiyi dəstəyə görə Azərbaycan və digərüzv dövlətlərə təşəkkür edib.

"Biz ümid edirik ki, bu bəyannamə kəndlərin dayanıqlığınınartırılması, ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması və innovativtexnologiyalardan istifadə etməklə dayanıqlı inkişafın təşviqiistiqamətində səylərimizə təkan verəcək.

Türk dövlətlərində iqlim dəyişikliyinə dayanıqlı kəndləriinkişaf etdirməklə biz həyat keyfiyyətini əhəmiyyətli dərəcədəyaxşılaşdıra və iqtisadi artımı stimullaşdıra bilərik.

Bu məqsədlərə rəqəmsal infrastrukturun təkmilləşdirilməsi,dövlət xidmətlərinin genişləndirilməsi və günəş, külək vəhidroenerji kimi təmiz enerji mənbələrindən istifadə yolu ilə nailolunacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
16
1
az.trend.az

2Sources