Dekabrda İsveçrədə 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Avropa hissəsinin püşkatma mərasimi keçiriləcək.
Sportinfo.az “Matç TV”-yə istinadən xəbər verir ki, təhlükəsizlik problemləri ilə əlaqədar UEFA və FİFA-nın Rusiya Futbol İttifaqına qarşı sanksiyaları davam edir.
Belə ki, Rusiya millisi üç ölkənin – ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi növbəti dünya çempionatında iştirak etməyəcək.
Rusiya ordusunun Ukraynaya işğalçı hücumu ilə əlaqədar UEFA və FİFA bu ölkənin milli komandasına qarşı sanksiya tətbiq edib.
Buna görə də Rusiya yığmasının 2022-ci il dünya çempionatı və 2024-cü il Avropa çempionatına çıxmaq imkanı olmayıb.