EN

Bakıda Təlim və İnkişaf Mərkəzi yaradılacaq - Azərbaycan və İsveçrə müqavilə imzaladı

Bakı, TurkicWorld

"Azərbaycan Dəmir Yolları" QSC və İsveçrənin "Stadler Rail Group" şirkəti Bakıda Təlim və İnkişaf Mərkəzinin yaradılmasına dair müqavilə imzalayıb.

TurkicWorld bu barədə QSC-yə istinadən məlumat verir.

Tikintisi "Stadler" tərəfindən maliyyələşdiriləcək Mərkəz 2027-ci ildə fəaliyyətə başlayacaq, dəmiryol sahəsində kadr potensialının inkişafına töhfə verəcək, mütəxəssis çatışmazlığı riskini əhəmiyyətli dərəcədə aradan qaldıracaq.

Burada regionda istifadə edilən "Stadler" qatarları üçün maşinistlər də yetişdiriləcək.

Qeyd edək ki, Təlim və İnkişaf Mərkəzinin yaradılması üçün Almaniya, Türkiyə və İspaniyanın dəmir yollarında tətbiq olunan təcrübələr yerində öyrənilib, ən yaxşı nümunələr əsas götürülüb.

Chosen
13
1
turkic.world

2Sources