EN

Xaqani Məmmədov Bitonun idarəçiliyindən razı qalıb - “Deyərdim ki, Britaniya üslubunda hakimlik idi”

Yığmamız ötən şənbə Qəbələ şəhər stadionunda Estoniya ilə qolsuz bərabərliyə razılaşdı.

Oyunu Con Bitonun rəhbərliyi altında Şotlandiyadan olan hakimlər briqadası idarə etdi. O, futbolçularımızdan ikisinə sarı vərəqə göstərdi ki, nəticədə ən çox güvəndiklərimizdən Elvin Cəfərquliyev cəzalı duruma düşdü. Bəs Biton oyunu nə dərəcədə ədalətli idarə etdi? AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədovun qəzetimizə açıqlaması:

“Estoniya ilə oyunda idarəçilik normal idi. Heç bir maneə olmadı. Nə bizim, nə də rəqini qapısına penalti təyin olundu. Yaxud da qırmızı vərəqəlik hansısa epizod yox idi. Futbolçularımız da lazımı qədər ehtiyatlı oynamağa çalışdılar. Bəlkə də oyunun təsirindən həmin an kimsə narazı qala bilərdi. Amma “fit sahibi” hər iki tərəfə oynamağa imkan verdi. Oyun ərzində hansısa bir problem də müşahidə etmədim. Deyərdim ki, Britaniya üslubunda hakimlik idi. Çox vaxt həmin üslub görünürdü. Yəni hər xırda fola görə oyunu saxlamırdı. Əlavə mübahisəli epizod da olmadı ki, deyək bitərəfli idi, simpatiya vardı və s. və i.az. Ümumi dəyərləndirsək, idarəçilikdə hər şey qaydalar çərçivəsində idi”.

RÖYANƏ OĞUZ
Chosen
11
football-plus.az

1Sources