EN

Sikorski Rusiyanı HƏDƏLƏDİ: Bütün konsulluqlarınız bağlanacaq

Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkədəki bütün Rusiya konsulluqlarını bağlamaqla hədələyib.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Sikorski Rusiyanı təxribatlarda ittiham edib.

"Mən Poznandakı konsulluğu bağladım, əgər onlar dayanmasalar, qalanlarını bağlayacağıq", - deyib.

Xatırladaq ki, oktyabrın 28-də bildirilmişdi ki, Polşa hakimiyyət orqanları Rusiyanın Poznandakı Baş Konsulluğunun noyabrın sonuna qədər bağlanmasına göstəriş verib.

Dörd gün əvvəl Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Pavel Vronski Rusiyanın Poznandakı Baş Konsulluğunun on əməkdaşının Polşanı tərk etməli olacağını açıqlamışdı. Onun sözlərinə görə, siyahıya üç diplomat, beş inzibati və texniki mütəxəssis, həmçinin Polşada akkreditasiya almalı olan, lakin indi onu almayacaq iki əməkdaş daxildir.

Rusiya Polşaya bu hərəkətlərə cavab verəcəyini vəd edib.

Chosen
16
publika.az

1Sources