EN

Çin və İndoneziya nümayəndə heyətləri 5 saylı Bakı DOST Mərkəzində - FOTOLAR

COP29 tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çinin İnsan Resurslarının İnkişafı Nazirliyinin Beynəlxalq əməkdaşlıq departamentinin direktor müavini Şu Rixua və İndoneziyanın Sənaye Əlaqələri və Əmək Təhlükəsizliyi İnkişafı üzrə Baş İdarəsinin katibi Surya Lukita Varmanın başçılıq etdiyi nümayəndə heyətləri 5 saylı Bakı DOST Mərkəzi ilə tanış olublar. SİA xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev son illər ölkəmizdə aparılan sosial islahatların uğurları, DOST konsepsiyasının üstünlükləri barədə məlumat verib. Qeyd olunub ki, DOST Mərkəzlərində sosial sahələr üzrə 160 növ xidmət “bir pəncərə”dən təqdim olunur.

DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən verilən məlumata görə, Çin və İndoneziya nümayəndə heyətləri ilə görüşdə DOST konsepsiyası və sosial sahədə e-xidmətlərə dair təqdimatlar edilib, gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Chosen
19
2
sia.az

3Sources