EN

"Sərhədsiz reportyorlar" təşkilatı Bakı İstintaq Təcridxanasında “Abzas Media” nəşrinin jurnalistlərinə qarşı zorakılığı pisləyib

"Sərhədsiz reportyorlar" təşkilatı Bakı İstintaq Təcridxanasında “Abzas Media” nəşrinin jurnalistlərinə qarşı zorakılıq faktlarını pisləyib.

"Sərhədsiz reportyorlar" “Abzas Media”nın jurnalistləri  Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə amansız rəftarı pisləyir. Əgər istintaq təcridxanasında onlara təzyiq dayandırılmasa, onlar aclıq elan etməklə hədələyiblər. Jurnalistlər azad edilməlidir", - “Sərhədsiz reportyorlar”ın X platformasında hesabındakı məlumatda deyilir.

*Xatırladaq ki, ötən gün jurnalistlər istintaq təcridxanasının rəhbərliyi tərəfindən onlara qarşı təzyiq və zorakılıən olduğunu bildiriblər.

* * Xatırladaq ki, 2023-cü ilin noyabrında “Abzas Media” nəşrinin 6 əməkdaşı saxta valyuta qaçaqmalçılığı ittihamı ilə həbs edilib.

Chosen
22
turan.az

1Sources