EN

İsrail Təhlükəsizlik Xidmətinin rəhbəri gizli missiya ilə Türkiyəyə səfər edib

 
"İsrail ordusu Qəzza bölgəsindən tamamilə çıxarılmalı, müharibəyə son qoyulmalıdır..."
 
İsrail Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar Türkiyəyə səfər edib və orada Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalınla danışıqlar aparıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co.il" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, görüşdə xüsusi xidmət orqanlarının rəhbərləri Qəzzada atəşkəslə bağlı danışıqların bərpası üzrə səyləri və Ankaranın burada yardımının mümkünlüyünü müzakirə edib.
 
İsrail Türkiyənin mübadilə sövdələşməsində vasitəçi olmaq istəmədiyini, lakin onun Qəzzada HƏMAS-a təsir göstərə biləcəyinə qadir olduğunu bilir. Çünki Qətər vasitəçilikdən imtina edib, girovların azad edilməsi üzrə danışıqlarda əsas mediator olaraq Misir qalıb.
 
Doha Qəzza üzrə danışıqlarda vasitəçilikdən imtina etdikdən sonra HƏMAS-ın yüksək vəzifəli üzvləri ötən həftə Qətərdən Türkiyəyə getməyə məcbur olub. Bu barədə "The Times of İsrael" qəzeti ərəb diplomatına istinadən məlumat verib.
 
Türkiyənin diplomatik mənbələri HƏMAS-ın Qətərdən Türkiyəyə köçməsini təkzib edib və bəyan edib ki, Fələstin təşkilatının üzvləri həmişə olduğu kimi Türkiyəni ziyarət edib, burada onların ailələri yaşayır. 
 
Noyabrın 8-də ABŞ Qətərdən HƏMAS-ın ölkədən çıxarılmasına təkid edib, çünki onlar Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı təklifləri dəfələrlə rədd edib.
 
Noyabrın 17-də baş nazir Binyamin Netanyahu ölkənin təhlükəsizlik xidmətləri və güc strukturları rəhbərləri ilə müşavirə keçirib. Onlar bəyan edib ki, İsrail tərəfindən güzəştlər olmadan HƏMAS-la saziş mümkün olmayacaq.
 
Bunun səbəbləri də gizli deyil, çünki Fələstin təşkilatı haqlı olaraq müharibəyə son qoyulması və İsrail ordusunun Qəzza bölgəsindən tamamilə çıxarılmasına təkid edir.
Chosen
22
moderator.az

1Sources