EN

İrəvanda ağsaqqaların davası: Qələm və təhqir göydə uçuşdu

İrəvan Ağsaqqallar Şurasının noyabrın 19-da keçirilən iclasında vəziyyət gərginləşib.

İrəvan Ağsaqqallar Şurasında Respublika Partiyası fraksiyasının lideri Ani Xaçatryanın çıxışından sonra müxalifət və iqtidar fraksiyalarının bir çox nümayəndələri ayağa qalxaraq nə isə qışqırmağa başlayıblar.

“Cebheinfo.az” erməni mətbutına istinadən xəbər verir ki, zalda təhqirlər eşidilib. Orada olanlardan biri hətta kiməsə qələm atıb. Polis zala daxil olub.

İrəvan meri Tiqran Avinyan aranı sakitləşmək istəsə də, heç kim ona əhəmiyyət verməyib. “Bu lüğətdən istifadə etməyin, İrəvan şəhəri bizə baxır. Zəhmət olmasa, söyüşdən çəkinin və bir-birinizə hörmətlə yanaşın. Siyasi baxımdan bu söz kəskin ola bilər, amma düzdür”,-deyə o bildirib.

Chosen
19
cebheinfo.az

1Sources