EN

Millimiz Rumıniya ilə heç-heçə ETDİ

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsindəki üçüncü oyununda heç-heçə edib.

Bizim.Media xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Rumıniya ilə üz-üzə gəlib.

Rumıniyanın Buftya şəhərində təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Komandamızın heyətində Əlibəy Mahmudov 82-ci dəqiqədə fərqlənib.

U-17 daha əvvəl Yunanıstana üç, Macarıstana isə dörd cavabsız qolla məğlub olub.

Komandamız bu nəticələrlə qrup sonuncusu olub.

Bizim.Media

Chosen
23
7
bizim.media

8Sources