EN

Saxta həkimləri ifşa edən Qənirə Ataşovanın səhifəsi bağlandı

Bir müddətdir ki, İnstagram hesabında Azərbaycandakı saxta diplomlu həkimlərlə bağlı paylaşımlar edən jurnalist Qənirə Ataşovanın səhifəsi bağlanıb.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistin özü Facebook hesabında məlumat yayıb.

Qənirə Ataşova qeyd edib ki, Azərbaycan səhiyyə sistemindəki problemlərlə bağlı paylaşdığı yazılar səbəbindən hesabına hücum edilib. Bu üzdən, o, paylaşımlarını müvəqqəti olaraq Facebook üzərindən davam etdirəcək.

Xalidə Gəray
Musavat.com

enire

Chosen
29
3
musavat.com

4Sources