EN

Finlandiyada atom elektrik stansiyası bağlanıb

Finlandiyada Loviisa Atom Elektrik Stansiyasının (AES) ikinci enerji blokunda reaktor sistemlərinin nasazlığı səbəbindən elektrik enerjisi istehsalı dayandırılıb.

 

Oxu24.com  bu barədə Fortum şirkətinə istinadən xəbər verir.

 

Hadisə bazar ertəsi, noyabrın 18-də, saat 20:55 radələrində  baş verib. Hazırda ekspertlər hadisənin dəqiq səbəbini müəyyənləşdirirlər. İndi  stansiyanın birinci enerji bloku normal işləyir.

Stansiya Hästholmen adasında, Loviisa şəhərindən 15 kilometr cənub-şərqdə yerləşir. Fortum dövlət konserninə məxsusdur. Stansiya ölkədə istehlak olunan elektrik enerjisinin on faizindən çoxunu istehsal edir.

 

Nigar

 

Chosen
18
oxu24.com

1Sources