Bir müddətdir ki, İnstaqram hesabında Azərbaycandakı saxta diplomlu həkimlərlə bağlı paylaşımlar edən jurnalist Qənirə Ataşovanın səhifəsi bağlanıb.
Axar.az xəbər verir ki, bu barədə jurnalistin özü Feysbuk səhifəsində məlumat yayıb.
Qənirə Ataşova qeyd edib ki, Azərbaycan səhiyyə sistemindəki problemlərlə bağlı paylaşdığı yazılar səbəbindən hesabına hücum edilib. Bu üzdən, o, paylaşımlarını müvəqqəti olaraq Feysbuk üzərindən davam etdirəcək.