EN

Maskla Trampın hüquq məsləhətçisi arasında gərginlik olub - İDDİA

Maskla Trampın hüquq məsləhətçisi arasında gərginlik olub - İDDİA

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yaxın işçi qrupuna daxil olan milyarder İlon Maskla Trampın baş məsləhətçilərindən Boris Epşteyn arasında yeni administrasiyanın kabinet təyinatları ilə bağlı müzakirələrin ikisi arasında gərginliyə səbəb olduğu iddia edilib.ABŞ-ın “Axios” saytının müzakirəyə şahid olan adı açıqlanmayan mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti seçilən Trampın seçki kampaniyasına milyonlarla dollar ianə edən Mask ilə Trampın hüquq məsləhətçisi Epşteyn arasında qızğın müzakirə yaşanıb.Mənbələr iddia edib ki, Trampın Floridadakı Mar-a-Laqo malikanəsində təşkil edilən şam yeməyində Mask Epşteynin kabinet təyinatları üçün tövsiyə etdiyi namizədlərin vəsiqələrini şübhə altına alıb və bu, Epşteyni qəzəbləndirib.Mənbələr Maskın Epşteyni kabinet üçün seçilən adlarla bağlı təfərrüatları mediaya sızdırmaqda günahlandırdığını iddia edərək, Epşteynin bu ittihamı rədd etdiyini bildirib.Bu müzakirəni böyük partlayış kimi xarakterizə edən mənbələr Maskın kabinet təyinatları ilə bağlı Trampa təzyiq etdiyini də qeyd ediblər.Digər tərəfdən, mübahisə iddiaları ilə bağlı tərəflər hələlik açıqlama verməyib.Mənbə: AA

Chosen
21
afn.az

1Sources