EN

Sakit okeanda yerləşən Niue ada dövlətinin Baş naziri Şamaxıda olub

Sakit okeanda yerləşən Niue ada dövlətinin Baş naziri Dalton Emani Makamau Taqelaqi və digər rəsmilər Şamaxıya səfər edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, səfər zamanı qonaqlar Şamaxı Cümə Məscidi, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və rayonun Meysəri kəndindəki müasir kənd təsərrüfatı və turizm müəssisələrinə baş çəkiblər. Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqlara rayonun tarixi, mədəni həyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı ilə bağlı həyata keçirilən layihələrdən danışıb.

Qeyd edək ki, bu günədək COP29 çərçivəsində Şamaxıya Almaniya, Banqladeş, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, Bolqarıstan, Braziliya, Cənubi Afrika, Çin, Fransa, Hindistan, İndoneziya, İordaniya, İtaliya, Kanada, Qazaxıstan, Qırğızıstan, Nigeriya, Pakistan, Polşa, Rusiya, Tacikistan, Türkiyə, Vyetnam, Yaponiya və digər ölkələrdən çox sayda xarici qonaqlar gəlib.

Chosen
41
1
sia.az

2Sources