EN

Braziliyada prezidentə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar

Braziliya Federal Polisi ölkə prezidenti Luis İnasiu Lula da Silva və vitse-prezident Jeraldu Alkminə sui-qəsd cəhdində şübhəli bilinən dörd xüsusi təyinatlı və bir polis əməkdaşını saxlayıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə mk.ru məlumat yayıb.

G1 portalı xəbər verir ki, onlar, həmçinin dövlət çevrilişi təşkil etməkdə ittiham olunurlar. Söhbət 2022-ci ildə baş verən hadisələrdən gedir.

Polis saxlanılanları Prezident Luis İnasiu Lula da Silvanın andiçmə mərasiminin qarşısını almaq üçün 2022-ci il seçkisindən sonra çevriliş planlaşdıran cinayətkar təşkilatın üzvləri adlandırıb.

Braziliya istintaq orqanlarının məlumatına görə, 2022-ci il dekabrın 15-də məhbuslar ölkə prezidentini və vitse-prezidenti öldürməyi planlaşdırıblar.

Chosen
39
3
hakimiyyet.az

4Sources