"Barselona" prezidenti Joan Laportanın müşaviri Enrik Masip Lamina Yamalın transferi ilə bağlı etiraf edib.Metbuat xəbər verir ki, Masipin sözlərinə görə, keçən yay PSJ Lamina Yamal üçün 250 milyon avroluq təklif irəli sürüb. Lakin Laporta bu təklifi heç nəzərə almadan rədd edib. O, Yamala olan etimadını vurğulayaraq gənc oyunçunu satmağın mümkün olmadığını bildirib.Enrik Masip bu barədə "El Chiringuito TV"yə danışarkən deyib: "PSG keçən yay Lamine Yamal üçün 250 milyon avro təklif etdi. Laporta bu təklifi diqqətə belə almadı. Lamini satma şansı sıfıra bərabərdir".Qeyd edək ki, "Barselona" akademiyasında yetişən Lamine Yamal cari mövsümdə 16 rəsmi oyunda iştirak edərək 6 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.