EN

Fernando Torres “Deportivo”nu çalışdırmaqdan imtina edib

İspaniya yığmasının sabiq hücumçusu Fernando Torres “Deportivo” klubunu çalışdırmaqdan imtina edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.

Hazırda “Atletiko”nun ikinci komandasına rəhbərlik edən 40 yaşlı dünya və Avropa çempionunun əsas kollektivə rəhbərlik etməklə bağlı təklif gözlədiyi bildirilib. Buna səbəb “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin postunu tərk edəcəyi ilə bağlı yayılan xəbərlərdir.

Qeyd edək ki, “Deportivo” hazırda İspaniya Sequndasında 16-cı yerdə qərarlaşıb.

Chosen
6
3
nocomment.az

4Sources