EN

UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu

Bu gün keçirilmiş oyunlarla futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu – 6-cı tur çərçivəsində son 9 qarşılaşma baş tutub.

Fernando Santosun baş məşqçisi olduğu Azərbaycan yığması səfərdə İsveç millisi ilə üz-üzə gəlib və biabırçı məğlubiyyətə üzülüb.

Milllimizlə yanaşı, bu gün Türkiyə yığması da meydana çıxıb. Qardaş ölkənin komandası səfərdə Monteneqro ilə üz-üzə gəlib və gözlənilməz məğlubiyyət nəticəsində qrup liderliyini əldən verib.

Niderland səfərdə Bosniya və Herseqovinanın, Almaniya isə Macarıstanın qonağı olub. Bu oyunlarda komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Qeyd edək ki, noyabrın 22-də UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Tədbir İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur
19 noyabr

A Liqası, 3-cü qrup

Bosniya və Herseqovina – Niderland 1:1
Qollar: Demiroviç, 67 – Brobbi, 24.

Macarıstan – Almaniya 1:1
Qollar: Soboslai, 90+9 – Nmeça, 76.

Xallar: Almaniya – 14. Niderland – 9. Macarıstan – 6. Bosniya və Herseqovina – 2.

B Liqası, 1-ci qrup

Çexiya – Gürcüstan 2:1
Qol: Şults, 3. Hlojek, 24 – Mikautadze, 60.

Albaniya – Ukrayna 1:2
Qollar: Bayrami, 75-pen – Zinçenko, 5. Yaremçuk, 10.

Xallar: Çexiya – 11. Ukrayna – 8. Gürcüstan – 7. Albaniya – 7.

B Liqası, 4-cü qrup

Monteneqro – Türkiyə 3:1
Qollar: Krstoviç, 29; 45; 73 – K.Yıldız, 37.

Uels – İslandiya 4:1
Qollar: Kallen, 32; 45+1. B.Conson, 65. H.Uilson, 79 – Qudyonsen, 8.

Xallar: Uels – 12. Türkiyə – 11. İslandiya – 7. Monteneqro – 3.

C Liqası, 1-ci qrup

Slovakiya – Estoniya 1:0
Qol: Ştrelets, 72.

İsveç – Azərbaycan 6:0
Qollar: Deyan Kuluşevski, 10; 57. Viktor Dyökereş, 26; 37; 58; 70.

Xallar: İsveç – 16. Slovakiya – 13. Estoniya – 4. Azərbaycan – 1.

D Liqası, 2-ci qrup

Malta – Andorra 0:0

Xallar: Moldova – 9. Malta – 7. Andorra – 1.

Chosen
49
5
arena.az

10Sources