EN

Dövlət Əmək Müfəttişliyi Xidməti və "Paşa-K" arasında çəkişmə davam edir

Dövlət Əmək Müfəttişliyi Xidməti və "Paşa-K" firması arasında çəkişmə davam edir.

 

Pravda.az-ın xəbərinə görə, Müfəttişliyin firma barəsində tərtib etdiyi protokola Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə növbəti dəfə noyabrın 26-da baxılacaq.

 

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Qeyd: 1996-cı ildə dövlət qeyddiyatına alınan firmanın qanuni təmsilçisi Elxan Abduləli oğlu Rzayevdir. Nizamnamə kapitalı 2 AZN-dir.

 

Xəyal Quliyev

Tarix: 20 Noyabr 2024, 08:02   
Chosen
41
1
pravda.az

10Sources