EN

Marketlərdə pul qalığının yerinə kibrit verilməsi qanun POZUNTUSUDUR?

Marketdə alış-veriş edərkən alıcıların rastlaşdıqları hallardan biri də kassirin pulun qalığını qəpiklərlə yox, kibritlə və ya digər ucuz məhsullarla qaytarmasıdır. Artıq bir çox marketdə bu üsul adi hala çevrilib.

Pulun qalığı qəpik-quruş olsa belə, satıcının bu addımı doğrudurmu?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov vurğulayıb ki, istehlakçılara qəpiklər əvəzinə kibrit, digər ucuz məhsulların verilməsi məsələsi çox geniş yayılmış problemdir. O əlavə edib ki, bu barədə Azad İstehlakçılar Birliyinə ayda 2-3 istehlakçı zəng edir:

“Bu, istehlakçının hüquqlarının pozulmasıdır. İstehlakçının seçim hüququ var. Heç kəs onun seçim hüququna müdaxlə edə bilməz”.

Eyyub Hüseynovun sözlərinə görə istehlakçının hüququ var ki, pulun qalığını məhsulla yox, qəpiklərlə alsın.

Bəs belə hallardan narazı qalan alıcılar hara müraciət edə bilərlər?  

Eyyub Hüseynov belə hallarda istehlakçıların 191 qaynar xətti vasitəsilə İqtisadiyyat Nazirliyinə məlumat vermələrini tövsiyə edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

Chosen
29
1
bizim.media

2Sources