EN

Dövlət mülkiyyətində olan torpaqları 52 nəfərə satan vəzifəli şəxs azadlığa buraxıldı

Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Şəhadət Orucovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayəti və protest qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı cəza təyini hissəsində və əmlakın xüsusi müsadirəsinə aid hissəsində dəyişdirilib. Təqsirləndirilən şəxsə şərti cəza verilib və məhkəmə iclas zalından azadlığa buraxılıb.

 

Qərarda qeyd edilib ki, xüsusi mülkiyyətindəki əmlakın orta bazar qiyməti 990,700 manat müəyyən edilmiş ASC-nin səhmdarlarından olan və səhmlərinin miqdarı 30,1693 % təşkil edən Şəhadət Orucova məxsus səhmlər Cinayət Məcəlləsinin 99-2-ci maddəsinə əsasən xüsusi müsadirə edilsin. Həmin səhmlərin satışından əldə olunmuş pul vəsaitindən 149,871 manat məbləğində pul dövlətə yetirilmiş zərərin əvəzi olaraq dövlət nəfinə keçirilsin. Səhmlərin satışından əldə olunmuş pul vəsaitinin qalan məbləği və satılmamış səhmlər təqsirləndirilən şəxsə qaytarılsın. Dövlətə yetirilmiş 149,871 manat məbləğində zərər ödənildikdən sonra Binəqədi Rayon Məhkəməsinin 2021-ci ildə çıxardı qərarı ilə ASC-in xüsusi mülkiyyətində olan, Qazax şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən əmlak kompleksini təşkil edən, qeyri-yaşayış fonduna daxil olan obyektlər üzərinə qoyulmuş həbs götürülsün.
 

İttihama görə, Şəhadət Orucov Qazax rayonu ərazisində yerləşən ASC-lərin birinin təsisçisi olub. O, dövlət mülkiyyətinə aid olan və Cəmiyyətin müddətsiz istifadəsinə verilən, ümumi sahəsi 6,9942 ha olan torpaq sahəsini Azərbaycanın qanunvericiliyi ilə müəyyən olunmuş qaydada özəlləşdirdikdən sonra fiziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə və mülkiyyətinə verə biləcəyi halda, sözügedən torpaq sahəsini vətəndaşlara satıb. Şəhadət Orucov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özünə müraciət edən ayrı-ayrı şəxslərə inandırmaq üçün özünü ASC-nin İdarə Heyətinin sədri kimi təqdim edib. Təqsirləndirilən şəxs 2012-ci il ərzində 6,9942 ha torpaq sahəsinin ümumilikdə 2,7084 ha torpaq sahəsini faktiki olaraq 52 nəfərə satmaq adı ilə həmin şəxslərdən ümumilikdə 256 manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf edib. 
 

Daha sonra o, cinayət məsuliyyətinə cəlb edilib. 
 

Məhkəmə iclasında Şəhadət Orucov ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, Qazax şəhərində yerləşən ASC-nin səhmdarıdır, lakin şirkətdə hər hansı vəzifə tutmur. Hazırda rəsmi iş yeri yoxdur, ancaq ASC-nin İdarə Heyətinin sədri qardaşının arvadı olsa da, Cəmiyyətə faktiki rəhbərliyi o, həyata keçirir. 

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şəhadət Orucovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilib və o, dərhal məhkəmə iclas zalından həbsə alınıb. 

 

Kamal Məmmədov

Tarix: 20 Noyabr 2024, 08:58   
Chosen
13
1
pravda.az

2Sources