EN

“Millinin Baş məşqçisi olduğum üçün qürur duyuram” –SANTUŞ

“Məğlubiyyətə görə bütün məsuliyyəti üzərimə götürürəm”.

Bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının C Divizionunda səfərdə İsveç yığmasına 0:6 hesabı ilə məğlub olduqları VI tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, erkən qollar buraxmalarının komandaya mənfi təsir etdiyini bildirib: “Rəqibin təhlükəli hücumçularına qarşı ciddi hazırlaşmışdıq. Bu səbəbdən 3 mərkəz müdafiəçisi ilə çıxış etdik. Hücumda iki sürətli futbolçuya şans vermişdik. Bu nəticədən dərs çıxarmalıyıq. Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram”.

Chosen
12
3
azpost.info

4Sources