EN

Vaşinqton-Moskva xətti işləmir

Vaşinqton-Moskva

Rusiya və ABŞ arasında mövcud təhlükəsizlik xətti dondurulub.

Reyting.az
xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

Onun sözlərinə görə, Rusiya və ABŞ arasında Kubadakı raket böhranından sonra mövcud qaynar xəttdən hazırda istifadə edilmir:

“Bizim Rusiya və ABŞ arasında, iki prezidentin ünsiyyət saxlaması üçün xüsusi təhlükəsiz xəttimiz var. Üstəlik, hətta video rabitə üçün. Amma hazırda bu xətt dondurulub”.

ELÇİN
Chosen
15
reyting.az

1Sources