EN

Millimizin məğlubiyyəti Mahiri ağlatdı - Video

Azərbaycan millisinin və Almaniyanın "Nürnberq" klubunun hücumçusu Mahir Emreli ötən gecə UEFA Millətlər Liqasının son oyununda İsveçlə görüşdə seçmə komandamızın 6:0 hesablı məğlubiyyətindən sonra gözyaşlarını saxlaya bilməyib.

Axar.az xəbər verir ki, Mahir Emreli görüş sonrası jurnalistlərin suallarını cavablandırarkən ağlayıb.

O, Millətlər Liqasının İsveçlə səfər matçındakı böyükhesablı məğlubiyyət barədə danışıb:

"Hələ də məğlubiyyətin şokunu yaşayırıq. Nə deyəcəyimi bilmirəm. Yanlış ifadə işlətməkdən də qorxuram. Əslində, komanda uduza bilər, lakin baxır necə. Nə oyun qura bildik, nə də rəqibin hücumlarının qarşısını ala bildik. Məğlubiyyətə görə məsuliyyəti futbolçu olaraq üzərimə götürürəm".

Qeyd edək ki, İsveçlə görüşdə 0:6 hesabı ilə məğlub olan Azərbaycan millisi C Liqasındakı mübarizəsini dayandırıb. Seçmə komandamız bundan sonra D Liqasında çıxış edəcək.

Chosen
19
1
axar.az

2Sources