EN

Blinken: Venesuelada müxalif namizəd qalib gəlib

ABŞ dövlət katibi Antoni Blinken Venesuelada baş tutmuş seçkilərlə bağlı açıqlama verib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, o, yayda baş tutmuş seçkilərdə xalqın müxalifət lideri Edmundo Qonzalesi seçdiyini əsas gətirib: 

"Venesuela xalqın iradəsinə uyğun hərəkət etməlidir. Edmundo Qonzalesi seçilmiş prezident idi. Demokratiya seçicilərin iradəsinə hörmət etməyi tələb edir",- açıqlamada qeyd edilib.

Venesuelanın xarici işlər naziri İvan Gil isə "X" sosial media platformasında Blinkenə sərt cavab verib:

"Artıq kinsizliyə qayıda bilmərik. Blinken Venesuelanın and içmiş düşmənidir. ABŞ daha çox faşist və terrorçu tərəfindən dəstəklənən Xuan Quaydo ilə eyni siyasəti davam etdirməkdə israrlıdır".

Əli Hüseynov

Chosen
16
bakivaxti.az

1Sources