EN

“Caspian Energy Club Europe”a yeni sədr təyin olundu

Avropa ölkələri ilə birqə həyata keçirilən lahiyələrə və tədbirlərin təşkilatı prosesinə rəhbərlik etmək məqsədilə “Caspian Energy Club Europetəşkilatı yaradılıb. “Avropa ilə İqtisadi əməkdaşlıq” İctimai Birliyinin sədri, “Caspian Energy Club”ın baş icraçı direktorunun birinci müavini və baş maliyyə direktoru Rasim Mahmudov həmin təşkilatın sədri vəzifəsinə təyin edilib. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Telman Əliyev bildirib ki, “Caspian Energy Europeun yeni sədri Rasim Mahmudov Çexiya istisna olmaqla, digər Avropa ölkələrində qeydə alınan nümayəndəliklərin bütün layihələrinin icrasına rəhbərlik edəcək. “Bildiyiniz kimi, Çexiyada həyata keçirilən lahiyələrə “Caspian Energy Club Czechianın sədri Zaur Qədirov çox uğurla rəhbərlik edir və biz bu əməkdaşlığı davam etdirməyi planlaşdırırıq”, - deyə Telman Əliyev bildirib.

"Rasim Mahmudov öz fəaliyyəti ilə daim yüksək səviyyəli əlaqələr qurmağa çalışmış, müxtəlif formatlarda dialoqların stimullaşdırılması, habelə qarşılıqlı faydalı tərəfdaşlıqların inkişafı üçün yorulmaz səy göstərmişdir. "Caspian Energy Club Europe" çərçivəsində həyata keçirilən layihələr regional və qlobal miqyasda daha geniş əməkdaşlıq imkanları yaratmaq məqsədini güdür. İnanıram ki, Rasim Mahmudovun sayəsində Avropadanetworking” əməkdaşlığımızı daha da möhkəmləndirəcəyik", – Telman Əliyev vurğulayıb və əlavə edib ki, Rasim Mahmudovnetworkingprosesini sadəcə formal əlaqələr deyil, eyni zamanda etimadın yaradılması və uzunmüddətli strateji əlaqələrin inkişafı kimi vacib bir proses hesab edir. 

Yeni vəzifəsinə təyin olunan Rasim Mahmudov öz növbəsində belə əhəmiyyətli bir rolu qəbul etməkdən böyük məmnuniyyət duyduğunu və yeni vəzifədə müxtəlif ölkələrdə fəaliyyət göstərən sahibkarlar arasında möhkəm əlaqələr qurmağa çalışacağını və bu məqsədə çatmaq üçün bütün imkanlarını səfərbər edəcəyini bildirib. Rasim Mahmudovun sözlərinə görə, "Caspian Energy Club Europe" ikitərəfli, üçtərəfli və çoxtərəfliBusiness Tourlar, “B2Gvə “B2Bforumlar, müxtəlif mövzulardaGrand CEO MeetUplar və digər formatda sahibkarlar və şirkət nümayəndələri üçün tədbirlər təşkil olunacaq. “Bizim əsas məqsədimiz Azərbaycan və digər Orta Dəhliz ölkələrinin sahibkarlarının Avropada, Avropa ölkələrinin sahıbkarlarının isə Azərbaycan və digər Orta Dəhliz ölkələrində “networkingimkanlarını genişləndirməkdir”, - Rasim Mahmudov fikrini yekunlaşdırıb.

Caspian Energy Clubdünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olanCaspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olanCaspian Energy Clubmütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. 

Mənzil-qərargahı Bakıda yerləşənCaspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin dünyanın 63 şəhərində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri mövcuddur.

 

Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club Internationaldünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri, klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi və “Caspian Energy Clubqrupuna daxil olan bütün xarici ofislər və şirkətlər üçün rəqəmsal iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya və yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.

 

Chosen
224
50
azerforum.com

10Sources