EN

Azərbaycan digər ölkələr kimi davamlı su təchizatını təmin etmək üçün çətinliklərlə üzləşir - ADSEA rəsmisi

Bakı.Trend:

Azərbaycan digər ölkələr kimi artan tələbat və məhdud resurslarfonunda davamlı su təchizatını təmin etmək üçün çətinliklərləüzləşir. Bu problemə perspektiv həllərdən biri Xəzər dənizininsuyunun duzsuzlaşdırılması kontekstində dövlət-özəltərəfdaşlıqların potensialıdır.

Trend xəbər verir ki, bunuAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) müşaviri ƏsədŞirinov Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası(COP29) çərçivəsində keçirilən “Su ehtiyatlarının idarə edilməsindədövlət-özəl tərəfdaşlıqlarının rolu” mövzusundakı panel sessiyadabildirib.

Ə.Şirinov qeyd edib ki, COP29-da Azərbaycan Dövlət SuEhtiyatları Agentliyi iqlim problemlərinə cavab olaraq “Su vəDavamlı İnkişaf”, “Davamlı Su Resurslarının İdarə Edilməsindəİnnovativ Yanaşmalar” və duzsuzlaşdırma xüsusilə vurğulanmaqlaalternativ su mənbələrinin əhəmiyyətini qabardıb. Onun sözlərinəgörə, su qıtlığı qlobal bir problemdir və bir çox ölkəyə təsiredir.

“İqlim dəyişikliyi ilə əlaqədar temperaturun yüksəlməsi,qeyri-müntəzəm yağıntılar və artan buxarlanma Azərbaycanın suehtiyatlarını daha da azaldır. Azərbaycan yarımsəhra iqlimindəyerləşdiyindən məhdud su resurslarına malikdir və əsasən qonşuölkələrdən (Gürcüstan, Türkiyə, Ermənistan) gələn Kür və Arazçaylarından asılıdır. Bu, Azərbaycanı suyun keyfiyyəti və axınıbaxımından həssas edir. Dövlət-özəl tərəfdaşlıqları Azərbaycanın suidarəçiliyində dövlət qurumları və özəl şirkətlərin suxidmətlərinin təmini, infrastrukturun yaxşılaşdırılması və davamlısu həllərinin həyata keçirilməsi üçün birgə çalışdığı biryanaşmadır. Bu model, qlobal səviyyədə su qıtlığının, köhnəlmişinfrastrukturun və iqlim dəyişikliyinin artırdığı tələbatla daha daaktuallaşıb”, - deyə Ə.Şirinov vurğulayıb.

Onun sözlərinə görə, Xəzər dənizinin suyunun duzsuzlaşdırılmasılayihəsi Azərbaycanın su qıtlığı problemini həll etmək məqsədinidaşıyan irimiqyaslı təşəbbüsdür. Layihənin əsas məqsədi Xəzərdənizinin duzlu suyunu qabaqcıl duzsuzlaşdırma texnologiyalarıvasitəsilə içməli suya çevirməkdir: “Dövlət-özəl tərəfdaşlıqlarıAzərbaycanın su qıtlığı problemini həll etmək üçün əhəmiyyətli birhəll yolu ola bilər. Düzgün planlaşdırma, güclü tənzimləməçərçivələri və icmanın iştirakı ilə DÖT-lərin üstünlüklərinimaksimuma çatdırmaq mümkündür”.

Daha sonra İstanbul dövlət-özəl tərəfdaşlıq komitəsinin sədriEyüp Vural Aydın, AİB-nin Mərkəzi və Qərbi Asiya DepartamentininÖzəl Sektorun İnkişafı üzrə Regional Rəhbəri Enriko Pinali,Azərbaycan İqtisadiyyat Nazirliyinin Layihə idarəetmə şöbəsininmüdiri Zamir Dibirov çıxış edərək bildiriblər ki, dünyada suehtiyatları gedərək azalır. Dünyada 1 milyarda yaxın insanın təmizsu ehtiyacının qarşılanmadığını deyən tədbir iştirakçıları qeydediblər ki, mövcud resurslardan ağıllı istifadə etmək lazımdır.Qeyd olunub ki, dövlət-özəl tərəfdaşlıqları ötən il Özbəkistanda suresursları üçün 5 milyard dollara yaxın investisiya qoyub. Əlavəolunub ki, su probleminin həlli üçün özəl maliyyələşməyə ehtiyacvar. İştirakçılar qeyd ediblər ki, 10-15 il ərzində bir çoxölkələrdə su problemləri yaşanacaq.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
16
24
az.trend.az

10Sources