EN

Əmək və əhalinin sosial müdafiəsi naziri Oğuzda vətəndaşların müraciətlərini dinləyəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 29-da Oğuzda Oğuz və Qəbələ rayonlarının sakinlərini qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar noyabrın 20-22-də nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Chosen
14
4
xalqqazeti.az

5Sources