EN

"Toska" operası nümayiş etdirildi

Azərbaycanın Latviyadakı səfirliyinin dəstəyi ilə Latviya Milli Opera və Balet Teatrının səhnəsində Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə məşhur italyan bəstəkarı Cakomo Puççininin “Toska” operasının tamaşası uğurla keçirilib.

Kulis.az xəbər verir ki, tamaşanı müşayiət edən orkestrə Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev rəhbərlik edib. Ə.Quliyevin idarə etdiyi orkestrin professional ifaları xüsusilə diqqəti cəlb edib.

Anşlaqla baş tutan tamaşada solistlərin ifaları alqışlarla qarşılanıb. Qonaqlar sırasında Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının Latviya tərəfindən həmsədri, kənd təsərrüfat naziri Armands Krauze, Latviya Seyminin komitə sədrləri, dövlət qurumlarının rəsmiləri, Latviyada akkreditə olunmuş xarici ölkələrin səfirləri, tanınmış ictimai və mədəniyyət xadimləri olublar.

Chosen
13
kulis.az

1Sources