EN

Azərbaycan futbolunun qara günləri - Komitə sədri məğlubiyyətdən DANIŞDI

"Dünən yenə Azərbaycan futbolu qara günlərindən birini yaşadı. Artıq 30 ilə yaxındır ki, bu hissləri yaşamağa məcburuq".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

 

"Nəyə görə hər dəfə böyük hesablı məğlubiyyətləri görürük? Yaxşı olardı ki, futbol federasiyamız bu məsələyə xüsusi diqqət edərdi. Məsələnin digər təhlükəli tərəfi ondan ibarətdir ki, aşağı yaş qrupu olan komandaların da nəticələrinin ürəkaçan olmadığının şahidi olurduq. Hər bir idmançının üzərində daşıdığı formaya böyük məsuliyyəti var", - deyə komitə sədri bildirib.

 

Qeyd edək ki, "Stroberri Arena"da baş tutan C Liqasının son matçında Azərbaycan yığması səfərdə İsveçə 6:0 hesabı ilə uduzub.

Chosen
40
3
modern.az

6Sources