EN

Arda Gülər Türkiyə xalqından üzr istədi

UEFA Millətlər Liqasının 6-cı turunda Monteneqroya uduzan Türkiyə millisinin gənc ulduzu Arda Gülər xalqdan üzr istəyib.

Fanat.Az xəbər verir ki, "ay-ulduzlular"ın və "Real Madrid"in yarımmüdafiəçisi TRT-nin canlı yayımında 1:3 hesabı ilə uduzduqları matçla bağlı bunları deyib:

"Çox danışacaq şey yoxdur. Türkiyə xalqından üzr istəyirik. Avstriyaya məğlubiyyətə yaxşı reaksiya göstərib uğurlu qrafik cızmağı bacarmışdıq. İnşallah, yenə bunu təkrarlarıq. Martda pley-off oynayıb, A Liqasına vəsiqə qazanmağa çalışacağıq. Hakan Çalhanoğlu kimi əsas oyunçumuz oynamadı. O olsaydı, fərqli ola bilərdi. İndi alınmadı, hər kəsdən üzr istəyirik".

Qeyd edək ki, aktivində 11 xalı olan Türkiyə millisi qrupda 2-ci olub. 

Mirağa

Chosen
16
9
fanat.az

10Sources