EN

Dominika kiçik ada dövlətlərinin problemlərinin həlli üçün iqlim maliyyələşdirilməsində islahatlar tələb edir

Bakı. Trend:

İnkişaf etməkdə olan kiçik ada dövlət kimi Dominika, iqlimdəyişikliklərinin təsirlərinə qarşı ən həssas ölkələr sırasında yeralır.

Trend xəbər verir ki, bubarədə Dominikanın ətraf mühit naziri Kozye Frederik COP29Sammitində çıxışı zamanı bildirib.

"Dominika, qlobal istixana qazı emissiyalarına minimal töhfəsinəbaxmayaraq, ciddi təhdidlərlə üzləşir. Artan ekstremal havahadisələri bizim ekosistemlərimizə, iqtisadiyyatımıza və insanlarıngündəlik həyatına birbaşa təhlükə yaradır", – deyə o qeyd edib.

Nazir iqlim dəyişikliklərinin milli ərzaq təhlükəsizliyi vəturizmə necə ciddi təsir etdiyini ətraflı izah edib.

"Bu, bizim ərzaq təhlükəsizliyimizə və turizmimizə dərin təsirgöstərir. Bunlar bizim inkişaf və sabitliyimizin ən vacibkomponentləridir", – deyə o vurğulayıb.

Nazir iqlim dəyişikliyinə qarşı mübarizənin maliyyələşdirilməsiüzrə hədəflərin yenidən nəzərdən keçirilməsinə çağırıb və illik 100milyard dollarlıq hədəfin dəyişdirilməsini dəstəkləyib.

"Biz Uyğunlaşma Fondu üzrə öhdəliklərin hədəflərə çatmamasındannarazıyıq", – deyə K.Frederik bildirib və inkişaf etmiş ölkələrinöz öhdəliklərinə sadiq qalmalı olduğunu vurğulayıb.

"Biz həmçinin, COP28-də yaradılmış Zərər və İtkilər Fondunaəsaslanaraq onun maliyyə əhatəsini və əməliyyat strukturunugenişləndirməliyik", – deyə o əlavə edib.

Nazir bu vəsaitlərə çıxışın şəffaf və inklüziv bir proseslətəmin edilməsinə çağırıb ki, bu, iqlim təsirlərindən ən çox zərərçəkənlərə sürətli və effektiv yardım göstərilməsini təminetsin.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
43
az.trend.az

1Sources